Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:26

Suriyada Rusiyanın 2 hərbi müşaviri və 2 hərbi qulluqçusu həlak olub.

Bundan başqa 3 hərbçi yaralanıb.

Bu barədə mayın 27-də RİA-Novosti portalı Rusiyanın müdafiə nazirliyinə istinadla məlumat yayıb.

İnsident, Suriyanın hökumət qüvvələriDeir ez-Zor əyalətində yaraqlıların mövqelərinə hücum edərkən baş verib.

Rusiya və Suriya hərbçiləri yaraqlıların mövqelərini təxminən 1 ssat ərzində atəşə tutublar.

Rusiya müdafiə nazirliyinin məlumatına görə əməliyyat zamanı 43 yaraqlı məhv edilib.

Qeyd edək ki,Rusiya Suriya münaqişəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayır.

6 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 400 mindən çox adam ölüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG