Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

3 cəbhəçinin məhkəmə qarşısına çıxarıldığı deyilir, amma...


Ruslan Nəsirli, saxlananlardan biri

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının məhkəmə qarşısına çıxarıldığı bildirilir.

AXCP-dən verilən məlumata görə, Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov bu gün, mayın 26-da günorta saatlarında Nəsimi Rayon Məhkəməsinə gətiriliblər.

Onların 2 saatadək məhkəmədə saxlandıqları qeyd edilir. AXCP-nin məlumatına görə, yaxınlarının, eləcə də məhkəmə binası qarşısına toplaşan cəbhəçilərin binaya girişinə icazə verilməyib. Cəbhəçilərin özlərinin tutduğu vəkillərin də məhkəmə prosesində iştirak etmədiyi bildirilir.

Verilən məlumata görə, günortadan sonra cəbhəçilər polis maşını ilə məhkəmədən aparılıb. Məhkəmədən onlar barəsində çıxarılan qərar haqqında məlumat verilmədiyi, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmələrinin istəndiyi deyilir.

Gənclərlə bağlı verilən qərarı, hələlik nə Nəsimi Rayon Məhkəməsindən, nə də Daxili İşlər Nazirliyindən öyrənmək mümkün olub.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənovun dünən, mayın 25-də axşam saatlarında saxlanıldıqları bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG