Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 03:39

AzadlıqRadiosu-nun müxbiri Saparmamed Nepeskuliev azadlığa çıxıb


Saparmamed Nepeskuliev

AzadlıqRadiosu türkmən xidmətinin müxbiri Saparmamed Nepeskuliev 3 illik həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Radionun türkmən xidmətinin məlumatına görə, o mayın 19-da azadlığa buraxılıb və səhətində ciddi problemlər var.

Jurnalist ,2015-ci ilin iyulunda həbs olunmuşdu.

Türkmənistanda qadağan olan tramadol dərmanı saxlamaqda ittiham olunurdu.

İttihamı saxta sayan beynəlxalq insan haqları təşkilatları Türkmənistan hakimiyyətini onu təcili azad etməyə çağırmşdılar.

Nepeskuliev Türkmənistandakı həyat şəraitini tənqid reportajları ilə tanınır.

Türkmənistan “Sərhədsiz reportyorlar” təşkilatının hesabatında söz azadlığının vəziyyətinə görə 180 ölkə arasında 178-cidir.

Azadlıq Radiosunun digər jurnalistləri də bu ölkədə təqiblərə məruz qalıb və qalmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG