Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:12

Müəllimlərin növbəti diaqnostik qiymtləndirməsi başlayıb


Foto arxiv

Mayın 26-dan Azərbaycanda müəllimlərin növbəti diaqnostik qiymətləndirməsinə start verilib.

Təhsil Nazirliyinin məlumatına görə,bu proses iyunun 2-nə kimi davam edəcək.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllimin iştirakı planlaşdırılır. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlər də qatılırlar.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərini əhatə etməlidir.

Qiymətləndirmə imtahanları Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunur.

Xatırlatma

Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirməsi 2014-cü ildən etibarən həyata keçirilir.

Təhsil Nazirliyinin məlumatına görə, indiyədək ölkə üzrə ümumilikdə 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin digər həmkarları ilə müqayisədə daha artıq əməkhaqqı aldıqları bildirilir.

Təhsil Nazirliyi keçən il də diaqnostik qiymətləndirmə keçirmişdi. Qiymətləndirmədən sonra, avqustun 23-də prezident İlham Əliyev yeni bir sərəncam imzalamışdı.

Həmin sərəncam “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncama dəyişiklik edilməsini nəzərdə tuturdu.

Sərəncama əsasən, bu il yanvarın 1-dən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı təqribən 40 faiz artmışdı.

Ancaq diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlərin sayı və onların sonrakı taleyi açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG