Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 04:01

Bir sıra ABŞ saytları yeni qaydaya görə Avropa Birliyində işi dayandırmalı olublar


Foto arxiv

ABŞ-ın bir sıra kütləvi informasiya vasitələri (KİV) Avropa Birliyi məkanında işi müvəqqəti dayandırmalı olublar.

BBC-nin məlumatına görə, buna səbəb, şəxsi məlumatların qorunması ilə bağlı Avropa Birliyində tətbiq edilən yeni qaydalarıdır.

İlk növbədə “Chicago Tribune”, “The Los Angeles Times” və “New York Daily News” saytlarında problemlər yaranıb.

Avropa Birliyi məkanında bu saytlara daxil olmaq istəyəndə belə bir informasiya peyda olur: “Bu saytlara əksər avropa ölkələrində girmək mümkün deyil”.

Hazırda bu portallar yaranmış problemin üzərində işləyirlər.

Şəxsi məlumatların toplanması ilə bağlı yeni qaydalar mayın 25-dən qüvvəyə minib.

Avropa Birliyi bu qanunu2016-cı ildə qəbul edilib.

İndi Avropa Birliyi məkanında işləyən şirkətlər, şəxsi məlumatları toplamaq üçün istifadəçilərdən mütləqicazə almalıdırlar.

Həmçinin istifadəçilər, təhcizatçılardan özləri barədə məlumatları soruşa və ya onların çıxarılmasını tələb edə bilərlər.

Bu qaydanı pozan şirkət və ya müəssisələr 20 milyon avro civarında cərimə oluna bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG