Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Navalny-nin Moskva ofisinin rəhbərinə 15 sutka


Aleksei Navalny

Rusiyanın müxalifət siyasətçisi Aleksei Navalny-nin daha bir köməkçisi prezident Vladimir Putin-ə etiraz aksiyalarına görə həbs olunub.

Mayın 25-də Moskvada məhkəmə Navalny-nin Moskva ofisinin rəhbəri Nikolai Lyaskin-i 15 sutka həbsə məhkum edib. O, Twitter-də Navalny tərəfdarlarını yürüşlərdə iştiraka səsləməkdə suçlanır.

Mayın 5-də Moskvada yüzlərlə, ölkə üzrə isə 1600-dən çox saxlanan olmuşdu. Onlar Putin-in daha altı illiyə prezident andiçməsindən öncə etirazlara çıxmışdılar.

Bu həftənin əvvəlində Moskvada Navalny-nin bir neçə köməkçisi saxlanıb, nümayişlərin təşkilində təqsirli biliniblər.

Mətbuat katibi Kira Yarmysh 25 sutka, YouTube kanalının aparıcısı Ruslan Shaveddinov 30 sutka həbsə məhkum edilib.

Navalny-nin vəkili Ivan Zdhanov mayın 24-də saxlanıb, 10 sutka cəza alıb.

Mayın 15-də isə Navalny-nin özü ictimai toplantıların təşkili qaydalarını pozduğuna görə 30 sutka cəza alıb. Antikorrupsiya fəalı ittihamları “gülünc” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG