Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:57

'Problemli kreditlərin həllinə 5 milyard manat lazımdır'-Media icmalı


Sosial şəbəkədə hansı məlumatla maraqlanırsız?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Sosial şəbəkədə hansı məlumatla maraqlanırsız?

Bakı-Tbilisi-Ceyhan neft kəməri, problemli kreditlərin qaytarılma yolları, deputatların sosial şəbəkələrə yönəlik tənqidləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Problemlərin səbəbi sosial şəbəkələrdirmi?

«Novoye Vremya» qəzetində «Hər şeyə görə təqsirkar sosial şəbəkələrdir-Milli Məclisdəki dəyirmi masanın leytmotivi belədir» sərlövhəli yazı oxumaq olar.

Yazıda mayın 23-də Milli Məclisdə «Azərbaycan ailə modeli: müasirlik və dəyərlər» mövzusunda keçirilən dinləmələrdə səslənən fikirlər təhlil edilib.

Müəllif bildirir ki, son 10 ildə boşanmalar kəskin artıb, bu isə ailə institutunun təhlükə altına düşməsi deməkdir.

Amma yazıda Milli Məclisdə bu mövzuda aparılan müzakirələr ciddi sayılmır: «Orada səslənən fikirləri haqqında danışılan problemin ciddi müzakirəsi kimi dəyərləndirmək olmaz».

Yazıda qeyri-ciddi fikirlərdən biri kimi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin çıxışından nümunə verilir. Müəllifin qeyd etməsinə görə, komitə sədri ailələrin dağılmasının əsas səbəblərindən biri kimi sosial şəbəkələri göstərib.

Yazıda vurğulanır ki, bir tərəfdən, boşanmaların çoxaldığını deyən H.Rəcəbli başqa tərəfdən, Aliment Fondunun yaradılmasının əleyhinə fikirlər səsləndirib.

Müəllif hesab edir ki, ətrafda hamını günahkar bilən parlamentarilər belə problemlərin yaranmasının real səbəblərinə diqqət yetirə bilmirlər.

Yazıda vurğulanır ki, istər boşanmaların, istərsə də intiharların kökündə dayanan səbəblərdən biri sosial rifahın təmin olunmamasındadır.

Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

«Problemli kreditlərin qaytarılma yolu...»

«Yeni Müsavat» qəzetində «Hökumət problemli kreditlər məsələsinə niyə əncam çəkmir…» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, 2015-ci ildən manatın devalvasiyaları ilə birgə meydana gələn «problemli kreditlər» məsələsi hələ də ictimai gündəmdə yer tutmaqda davam edir. Hazırda bu kreditlərin həcmi 1 milyard 710 milyon manatdır.

Müəllif hesab edir ki, Cümhuriyyətin 100 illiyinin tamam olduğu 2018-ci ildə əhali problemin həllinə ümid etsə də, gözləntilər özünü doğrultmayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə qəzetə deyib ki, problemli kreditlərin həcmi ilə bağlı açıqlanan rəqəm reallığı əks etdirmir: «Əslində onun həlli istiqamətində birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalıydı. Lakin nədənsə bu addımlar atılmadı. İkinci devalvasiya isə problemi qat-qat ağırlaşdırdı. Həm banklar, həm vətəndaşlar çətin duruma düşdülər. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşunda payı 16 faizə çatır».

N.Cəfərli deyib ki, beynəlxalq agentliklərin hesablamalarına görə, bu rəqəm 30 faizdən yuxarıdır.

Ekspert vurğulayıb ki, bütün dünyada problemli kreditlərin həcmi 3 faizi keçən kimi həyəcan təbili çalınır: «Görünən də budur ki, nə banklar bu məsələni təkbaşına həll edə, nə də vətəndaşlar kreditləri qaytara biləcəklər. Məhkəmələrə kredit işinə görə edilən müraciətlərin sayı isə gündən-günə artır. Amma bu, məhkəmə yolu ilə də həll olunası məsələ deyil».

N.Cəfərli vurğulayıb ki, burada əsas məsələ problemin həllindən ötrü zəruri olan maliyyə qaynaqlarının tapılmasıdır.

Ekspert deyib ki, problemli kreditlər məsələsinin kökündən həll olunmasından ötrü təxminən 5 milyard manat vəsaitə ehtiyac var. Onun fikrincə, bundan ötrü mənbə dövlət büdcəsi və ya Neft Fondu ola bilər: «Birinci devalvasiyadan sonra problemi 1.2-1.3 milyard manatla həll etmək olardısa, indi bu məbləğ 5 milyarda çatıb. Bir qədər də keçsə, məbləğ daha da yüksələcək».

Neft milyardlarından xalqa nə çatır?
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

«BTC-nin əhəmiyyəti artır»

«Azərbaycan» qəzetində «BTC getdikcə daha mühüm əhəmiyyət kəsb edir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, bu il mayın 25-də Səngəçal terminalındakı baş nasos stansiyasından Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə ilk neftin vurulmasının 13 ili tamam olur: «BTC ulu öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Məhz buna görə də kəmərin tikintisi başa çatarkən layihənin səhmdarları ona ulu öndər Heydər Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürmüş və təklif yekdilliklə bəyənilmişdir. Kəmər indiyədək ahəngdar və təhlükəsiz işləyərək ona bəslənən ümidləri və daşıdığı şərəfli adı layiqincə doğruldur».

Müəllif BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayır, Avrasiya məkanındakı analoji kəmərlər arasında öz unikallığı ilə seçildiyini qeyd edir.

Yazıda vurğulanmasına görə, kəmərin səkkiz nasos stansiyası var ki, ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü isə Türkiyədədir: ​«Əməliyyatçı şirkətin məlumatına görə, 2006-cı ilin iyul ayında tam sistem kimi istismara veriləndən bu ilin əvvəlinədək bu boru kəməri ilə ümumilikdə 383 milyon tondan artıq (təxminən 2.87 milyard barrel) xam neft nəql edilib və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG