Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:18

Suriyada 12 hökumətyönlü döyüşçü öldürülüb


Suriyada hökumətyönlü döyüşçü namaz qılır, arxiv fotosu

Mayın 24-də gecə Suriyada hərbi obyektlərə hava zərbələrində 12 hökumətyönlü döyüşçü öldürülüb. Hücumları ABŞ koalisiyasının endirdiyi bildirilsə də, Pentaqon məlumatı təkzib edib.

Suriya rəsmilərinin deməsinə görə, İran İslam İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri olan bazalar bombardman edilib. Ancaq ölənlər arasında İran, yaxud Hizballah döyüşçüləri yoxdur.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının bildirməsinə görə, ölənlər içində Suriya hökumətinin əsgərləri yoxdur, hökumətyönlü döyüşçülərdir, İraq şiə yaraqlıları da ola bilər.

Suriyanın SANA dövlət agentliyi Suriya səhrasıyla İraq sərhədi arasındakı bir neçə hərbi posta zərbə endirildiyini bildirir.

Pentaqonun sözçüsü isə məlumatların yalan olduğunu, koalisiyanın Suriyanın şərqində ordunun mövqelərini vurmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG