Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

338 min nəfərdə ilkin xəstəlik aşkarlanıb


Müayinə

Ölkə boyunca əhalinin tibbi profilaktik müayinəsinin başa çatdığı bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, müayinə fevralın 12-dən mayın 12-dək davam edib.

Məlumatda vurğulanır ki, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Müraciət edənlərin 338 min nəfərindən çoxunda müxtəlif növ ilkin xəstəliklər aşkarlandığı qeyd edilir.

Müayinələrdə yüksək göstəricilərin qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alındığı deyilir. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.

Ən aşağı göstəricinin isə infeksion xəstəliklər üzrə müşahidə olunduğu vurğulanır - cəmi 8 min 15 nəfər.

Nazirlik bildirir ki, mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfərin sağlamlığı təmin edilib.

Xatırlatma

Səhiyyə nazirinin müavini Nigar Əliyeva bu ilin əvvəlində fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı sərəncam imzalamışdı.

Həmin sərəncam xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakıda və bölgələrdəki ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinəyə, müalicəyə cəlb olunmasını nəzərdə tuturdu.

Ancaq bəzi ekspertlər belə müayinələrin bir növ formal hal daşdığını, bir çox insanların ondan kənarda qaldığını deyirlər.

Azərbaycan əhalisinin sayının 10 milyona yaxınlaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG