Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:20

Təhsil qanununa dəyişikliklər edilir


Olimpiadalarda qalib gələnlərin imtahansız ali məktəbə qəbulu nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Olimpiadalarda qalib gələnlərin imtahansız ali məktəbə qəbulu nə qədər ədalətlidir?

Parlament «Təhsil haqqında» Qanuna dəyişikliklər etməyə hazırlaşır. Dəyişiklik təklifləri bu gün, mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclasında müzakirə edilib.

AZƏRTAC-ın məlumatına görə, təklifləri komitə sədri İsa Həbibbəyli təqdim edib.

Nələr dəyişir

Dəyişiklik təklifi, əsasən, təhsilin dili ilə bağlıdır. Təklifə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, təhsil müəssisələrində tədris başqa dillərdə də aparıla bilər. Bu zaman müvafiq təhsil dövlət standartlarına, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq aparılmalıdır. Təhsil başqa dillərdə olduğu hallarda Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.

Qanuna təklif olunan digər dəyişiklik beynəlxalq fənn olimpiadalarının qaliblərinin istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlıdır.

Təhsil naziri: Şəhər məktəblərində sıxlıq var

Təhsil naziri Ceyhun Bayramov da təkliflərin müzakirəsində iştirak edib. O, Bakıda və başqa böyük şəhər məktəblərində sıxlığın mövcud olduğunu bildirib.

«Paytaxt orta məktəblərində sıxlıq 10 faiz təşkil edir. Şəhərdə birinci sinfə qəbul üçün müraciət edənlərin sayı digər yerlərdən çox olur. Təbii ki, müraciətlərin hamısını qəbul etmək mümkün deyil. Qanunda edilən dəyişikliyə görə, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayanlar həmin məktəblərə ilk növbədə qəbul olunacaqlar», - nazir bildirib.

Deputatların təklifləri bəyəndikləri, onu Milli Məclisin plenar iclasına tövsiyə etdikləri bildirilir.

Xatırlatma

«Təhsil haqqında» Qanun Milli Məclisdə 2009-cu ilin iyununda qəbul edilib.

Həmin qanunun qəbulu uzun müddət yubanmışdı. Qanun layihəsinin müzakirəsi bir neçə il davam etmişdi.

Həmin vaxta qədər qüvvədə olan «Təhsil haqqında» Qanun isə 1992-ci ildə qəbul olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG