Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:17

Rusal rəhbəri, top menecerləri istefa verirlər


Rusal-ın Moskvadakı ofisi
Rusal-ın Moskvadakı ofisi

Rusiyanın nəhəng alüminium şirkəti olan Rusal bildirir ki, icraedici rəhbəri Aleksandra Buriko, idarə heyəti üzvlərinin yarısı istefaya gedir. Məqsəd təsisçi Oleg Deripaska-ya ABŞ-ın qoyduğu sanksiyalardan şirkəti qurtarmaqdır.

Bu istefalar ötən ay sanksiyalar qoyulandan “menecmentin şirkəti və səhmdarların maraqlarını qorumaq cəhdlərinin” bir hissəsidir. Rusal mayın 24-də yaydığı bəyanatda bildirib.

Buriko şirkətin CEO-su vəzifəsində üç aydan da az müddətə qala bilib. Onunla birlikdə yeddi direktor istefa verib.

ABŞ Xəzinədarlığı aprelin əvvəlində Rusiyaya dünyadakı “məkirli” fəaliyyətinə cavab olaraq cəzalar tətbiq edib.

Yeni sanksiyalar prezident Vladimir Putin-ə yaxın oliqarxları, həmçinin Deripaskanı hədəfə aldı. Nəticədə Rusal-ın səhmləri düşdü, alüminiumun qiyməti isə qalxdı.

Vladimir Putin (solda) və Oleg Deripaska
Vladimir Putin (solda) və Oleg Deripaska

Rusal dünyadakı alüminiumun 7 faizini istehsal edir

Bazarı təlatümdən qurtarmaq məqsədilə ABŞ hökuməti bildirdi ki, şirkət Deripaska-dan ayrılarsa, sanksiyalardan qurtula bilər.

Deripaska Rusal-ın yarısının sahibi olan En+ Group-un direktorluğundan istefa verib. Bu holdinqin özü də sanksiya altındadır.

Rusal bildirir ki, şirkət sanksiyaların təsirini daim dəyərləndirir: “Hazırda şirkət bu fikirdədir ki, sanksiyalar şirkətə və holdinqin gələcək planlarına mənfi təsir göstərə bilər”.

Bu bəyanatdan sonra Rusal-ın Honq Konqda səhmləri 3 faizdən çox bahalanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG