Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:57

Əliyevlər köçkünlər üçün yaşayış kompleksinin açılışında


Məcburi köçkünlər üçün tikilmiş şəhərcik. Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlərə salınmış «Qobu Park» yaşayış kompleksinin açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyev və xanımı M.Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış olublar.

Onlara məlumat verilib ki, burada 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub. Həmin binalar 1026 ailələdən ötrü nəzərdə tutulub.

Dövlət başçısı mənzillərə baxıb.

Sonra prezident İ.Əliyev və xanımı M.Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Onlara bildirilib ki, 220-yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.

Prezident İ.Əliyev və xanımı M.Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda 100 minlərlə insan köçkün həyatı yaşayır. Onların bir hissəsi yeni mənzillərlə təmin edilsə də, bir çox ailələr hələ də yarımçıq tiklilərdə, qəzalı yataqxanalarda yaşayırlar. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG