Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:01

İran sərhədində yarım ton heroinin tutulduğu bildirilir


Heroin

İran İslam Respublikasından Azərbaycana yarım tondan çox heroin keçirilərkən tutulduğu bildirilir.

Bu barədə bu gün, mayın 24-də Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda vurğulanır ki, ölkə ərazisinə daxil olan yük avtomobilini Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları risk analizləri nəticəsində saxlayıb yoxlayıblar.

«Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub... Təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib», - məlumatda yazılır.

Məlumatda həmin avtomobilin sahibinin adı açıqlanmır. Onun ittihama münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG