Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:19

Musk Pravda xidməti yaradır


Elon Musk

Milyarder, SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Musk (İlon Mask) saxta xəbərlərin, məlumatların aşkarlanması üçün Pravda xidməti yaradacağını bildirir. Onun sözlərinə görə, bu xidmət dezinformasiya yaymaqdan ötrü “botlar”dan istifadə edənləri də müəyyənləşdirəcək.

Biznesmen bu haqda Twitter hesabında yazıb.

“Elə bir sayt yaradacağam ki, ictimaiyyət istənilən məqalənin etibarlılığını dəyərləndirə, hər bir jurnalistin, redaktorun, nəşrin reytinqini tapa biləcək. Ona Pravda adını qoymaq istəyirəm”, – o yazıb.

Musk mayın 6-da şirniyyat fabriki açacağını yazırdı. “Əla olacaq. Super-superciddiyəm!” - o qeyd edirdi.

Yanvarda isə biznesmen satışa tezliklə təhlükəsiz odsaçanların buraxılacağını anons elədi. Məhsulu Musk-ın Boring Company şirkəti buraxacaq. Onun sözlərinə görə, odsaçan zombilərə qarşı gərək olacaq. İşləməzsə, pulları qaytarmağı da vəd edirdi. Şirkət biri 500 dollardan 20 min odsaçanın sifariş olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG