Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 21:51

BMT rəhbərindən Hizballah-a tərksilah çağırışı


Livanın İsraillə sərhədində Hizballah döyüşçüsü

BMT-nin baş katibi Antonio Guterres İranın yaxın müttəfiqi olan Hizballah-ı Livan, Suriya və regiondakı digər yerlərdə hərbi fəaliyyətinə son qoymağa çağırır. Bu haqda media yazıb.

Hizballah-ın Livan hökumətinin nəzarətindən kənarda böyük və təkmil hərbi gücünü saxlaması narahatlıq mənbəyi olaraq qalır”, – Guterres ötən həftə BMT-nin Təhlükəsizlik Şurasına göndərdiyini hesabatda bildirir. Mayın 23-də Frans Pres və Associated Press agentlikləri bu haqda yazıblar.

Təhlükəsizlik Şurası mayın 24-də hesabatı müzakirə etməlidir.

BMT rəhbəri bu şiə qruplaşmasını Livanın daxilində və xaricində hər hansı hərbi fəaliyyətlə məşğul olmamağa, Təhlükəsizlik Şurasının Hizballah-ı tərksilaha çağıran 2004-cü il qətnaməsinə əməl etməyə çağırıb.

Bu ay keçirilmiş seçkidə Hizballah Livan parlamentində mövqeyini, siyasi üstünlüyünü möhkəmlədib.

Birləşmiş Ştatlar Hizballah-ı terrorçu qruplaşma sayır. Qruplaşma bir neçə ildir Suriyada İranın dəstəyi ilə hökumət qüvvələri tərəfində vuruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG