Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Vladimir Putin Emmanuel Macron-la görüşüb


Mayın 24-də Rusiya prezidenti Vladimir Putin (sağda) Sankt Peterburqda fransalı həmkarı Emmanuel Macron-u qəbul edib
Mayın 24-də Rusiya prezidenti Vladimir Putin (sağda) Sankt Peterburqda fransalı həmkarı Emmanuel Macron-u qəbul edib

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Macron-la görüşündən sonra deyib ki, Moskva, ABŞ-ın İranla sazişdən çıxmasına rəğmən Avropa ölkələrinin bu razılaşmanı qoruyub saxlamaq səylərini yüksək qiymətləndirir.

O eyni zamanda xəbərdarlıq edib ki, 2015-ci il nüvə sazişinin iflasının “acınacaqlı nəticələri” ola bilər.

Macron deyib ki, Fransa və Rusiya Suriya münaqişəsinin həlli üçün dünya gücləri arasında koordinasiya mexanizminin yaradılması barədə razılığa gəliblər.

O bildirib ki, başlıca diqqət Suriyanın yeni konstitusiyasının qəbuluna yönəldilməlidir.

***

Mayın 24-də Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda fransalı həmkarı Emmanuel Macron-u qəbul edib. Onların İran nüvə sazişinin taleyi, Suriya və Ukrayna münaqişələrini müzakirə etdikləri xəbər verilir.

Putin deyib ki, “hazırkı ciddi mürəkkəbliklərə baxmayaraq ölkələr arasında ikitərəfli münasibətlər inkişaf edir, ticarət artır”.

Bu, Macron-un prezident qismində Rusiyaya ilk səfəri idi. Ondan az əvvəl bu ölkəyə Almaniya kansleri Angela Merkel səfər etmişdi.

Ötən il Putin və Macron ilk dəfə Fransada Macron-un inaqurasiyasından az sonra görüşmüşdülər. Lakin seçkidən əvvəl Putin Kremldə Macron-un rəqibi Marine Le Pen-i qəbul etmişdi.

Hazırda Moskva və Avropa birgə diplomatik səylərlə 2015-ci il nüvə sazişini qoruyub saxlamağa çalışırlar.

Bu, son illərdə pisləşmiş Avropa-Rusiya münasibətlərində yeganə ortaq məxrəcdir.

Fransa tərəfinin verdiyi bəyanatda deyilirdi ki, iki prezident gündəlikdəki məsələləri dərindən müzakirə edəcəklər.

Mayın 24-də beynəlxalq insan haqları təşkilatı - Human Rights Watch Macron-u Putinlə görüşü zamanı Rusiyada insan haqları pozuntuları və repressiyalar məsələsini qaldırmağa çağırmışdı.

Macron habelə Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda iştirak etməlidir.

Bu arada ABŞ bildirib ki, Tehran onun üzərinə yenicə qoyulmuş məhdudiyyətlərə əməl etməzsə, onu misli görünməmiş təzyiq gözləyir.

Yaponiya baş naziri Shinzo Abe Rusiyaya bu həftə səfər edəcək.

***

Rusiya prezidenti Vladimir Putin mayın 24-də Sankt Peterburqda fransalı həmkarı Emmanuel Macron-la görüşəcək. Tərəflər İranla nüvə sazişini, eləcə də Suriya və Ukrayna münaqişələrini müzakirə edəcəklər.

Bu, Macron-un prezident kimi Rusiyaya ilk səfəridir. Onlar ötən il, Macron-un andiçməsindən bir neçə həftə sonra Fransada görüşmüşdülər.

Hazırda Avropayla Moskva İranla 2015-ci ildə imzalanmış nüvə sazişini xilas etməyə çalışır. Birləşmiş Ştatlar sənəddən çıxandan sonra onun iflası təhlükəsi yaranıb.

Ukrayna və Suriya məsələlərində isə Rusiyayla AB ölkələri əks mövqedədirlər və son illər münasibətləri pisləşib.

Digər gərginlik mənbələri Moskvanın başqa ölkələrdə seçkilərə iddia olunan müdaxiləsi, Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsidir. Britaniya həmin insidentə görə Rusiyanı ittiham edib, Moskva isə ittihamları rədd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG