Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:21

Merkel Çində insan haqları məsələsini qaldıracaq


Angela Merkel (arxada sağda) və Li Keqiang, arxiv fotosu

Mayın 24-də Almaniyanın kansleri Angela Merkel Pekində Çinin baş naziri Li Keqiang ilə görüşüb, Çinlə Almaniya arasında dialoqun vacibliyini vurğulayıb.

Bu arada Çin Birləşmiş Ştatlarla ticarət sektoru, eləcə də Vaşinqtonun İranla nüvə sazişindən çıxması səbəbindən gərginlik yaşayır.

Merkel insan haqları, elm və texnologiya məsələləri üzrə daimi konsultasiyanın vacibliyini vurğulayıb.

Kansler günorta Çin prezidenti Xi Jinping-lə görüşməlidir. O, daha sonra Çinin cənubundakı Şenjen elektrik stansiyasına baxmağa gedəcək.

Merkel bu yaxınlarda Vaşinqtonda ABŞ prezidenti Donald Trump və Soçidə Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.

Mayın 23-də Amnesty International insan haqları təşkilatı Merkeli Çin rəsmiləri ilə görüşdə mərhum Nobel Sülh mükafatı laureatı Liu Xiaobo-nun həyat yoldaşı Liu Xia-nın ev dustaqlığı məsələsini qaldırmağa, onun buraxılmasını istəməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG