Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:13

Cəbhəçinin həbs edildiyi bildirilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvünün həbs edildiyi bildirilir.

AXCP-nin mətbuat xidmətinin məlumatına görə, partiyanın Nizami rayon şöbəsinin fəalı Rahib Səlimov dünən, mayın 22-də həbs edilib.

R.Səlimovun 25 sutka inzibati həbsə məhkum edildiyi bildirilir. Partiyadan yayılan məlumata görə, Nizami Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanunu tələbinə tabe olmamaq) maddəsi ilə günahkar bilib.

AXCP-nin məlumatında vurğulanır ki, mayın 22-də səhər saatlarında əvvəlcə cəbhəçi fəalın atası, sürücü işləyən Ədalət Səlimov saxlanaraq Nizami Rayon Polis İdarəsinə gətirilib. Ondan oğluna zəng edərək polis şöbəsinə gəlməsinin tələb olunduğu qeyd edilir.

Partiyanın məlumatına görə, o, bundan sonra Nizami Rayon Polis İdarəsinə gedib. R.Səlimovun polisə getdikdən sonra atasının sərbəst buraxıldığı, özünün isə məhkəməyə aparıldığı vurğulanır.

AXCP-nin yaydığı bu məlumata Daxili İşlər Nazirliyi və Nizami Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Cəbhəçi dostları R.Səlimova verilən ittihamın gülünc olduğunu bildirirlər.

Xatırlatma

Hazırda AXCP-nin bir neçə fəalı polisə müqavimət ittihamı ilə inzibati qaydada cəza çəkir. 10-dan çox fəalı isə müxtəlif ittihamlarla uzunmüddətli həbs cəzası alıblar. Partiya onların siyasi motivlərlə şərlənərək həbs edildiyini açıqlayıb. Rəsmilər isə ölkədə siyasi baxışlarına görə insanların həbs olunması iddiasını qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG