Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 14:03

#OlegSentsovuXilasEt kampaniyası başladılıb


Kiyevdə Oleg Sentsov-a dəstək aksiyası, 22 may, 2018-ci il

Ukraynalı kinorejissor, Moskvanın 2014-cü ildə Krımın ilhaqına qarşı çıxdığına görə həbs olunmuş, hazırda aclıq aksiyası keçirən Oleh Sentsov-un azadlığı buraxılması üçün qlobal kampaniya başladılıb.

Oleg Sentsov-un Xilası qrupu mayın 22-dəTwitter-də yazıb ki, #OlegSentsovuXilasEt (#SaveOlegSentsov) kampaniyası iyunun 1-2-nə, Rusiyada keçiriləcək futbol üzrə Dünya Kubokundan öncəyə planlaşdırılır.

“Dünyanın müxtəlif şəhərlərində Rusiya prezidenti Vladimir Putin rejiminə qırmızı kart göstərəcəyik. O, adamları qanunsuz olaraq həbsdə saxlayır”, – qrup bildirib.

Bundan başqa, mayın 26-da Nyu York şəhərinin Time meydanında Sentsov-un həbsinə etiraz aksiyası keçiriləcək.

Krım sakini olan Sentsova terrorçuluq ittihamları ilə 20 il həbs cəzası kəsilib. Özü və insan haqları qrupları ittihamların siyasi motivli olduğunu bildirir.

2014-cü ilin mayın saxlanan Sentsov Krımdakı rusiyapərəst təşkilatların bombalanmasını planlaşdırmaqda şübhəli bilinib. Sonradan ona çoxsaylı terrorçuluq ittihamları irəli sürülüb.

Sentsov mayın 14-dən həbsdə aclıq aksiyasına başladığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG