Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:52

Avropa məhkəməsi Gürcüstan-Rusiya münaqişəsi işinə baxır


2008-ci ildə Tbilisidəki Rusiya səfirliyi qarşısında aksiya

Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) mayın 23-də 2008-ci il Gürcüstan-Rusiya silahlı münaqişəsi və onun nəticələri üzrə işə baxır.

Strasburq məhkəməsi bildirib ki, dinləmədən sonra Böyük Palatası müzakirəyə başlayacaq və qərar daha sonra çıxarılacaq.

Bu iş Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinə əsasən qaldırılıb – yaşamaq hüququ, işgəncənin qadağan olunması, qeyri-insani və alçaldıcı davranış, azadlıq və təhlükəsizlik hüququ, özəl və ailə həyatına sayqı hüququ, effektiv müalicə hüququ.

Tbilisidə rusiyapərəst və anti-Rusiya fəalların toqquşması, 2015-ci il
Tbilisidə rusiyapərəst və anti-Rusiya fəalların toqquşması, 2015-ci il

Məhkəmənin bəyanatında daha sonra deyilir ki, ümumilikdə 33 şahid dindirilib – 16-sı Gürcüstan hökuməti, 12-si Rusiya hökuməti vasitəsilə çağrılıb, 6-sını isə birbaşa məhkəmə çağırıb.

2008-ci ilin beşgünlük avqust müharibəsindən sonra Tbilisi və Moskvanın diplomatik münasibətləri kəsilib. O zaman Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində döyüş başlayınca Rusiya qüvvələri Gürcüstan ərazisinə girib.

Gürcüstan 2008-ci ilin avqustunda Avropa məhkəməsində iddia qaldırıb, bildirib ki, Rusiya və separatçı qüvvələr dinc sakinlərinə və onların Cənubi Osetiyadakı, eləcə də digər separatçı region olan Abxaziyadakı əmlakına hücum edib.

Rusiya bu iddiaları əsassız adlandırıb.

Moskva həmin müharibədən sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb. Ancaq bütün dünya həmin bölgələri Gürcüstan ərazisi sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG