Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Vaşinqtonu yola gətirə biləcəklərmi


Heiko Maas
Heiko Maas

Mayın 23-də Almaniyanın xarici işlər naziri Heiko Maas Birləşmiş Ştatların aparıcı rəsmiləri ilə Vaşinqtonun İranla nüvə sazişindən çıxmasının fəsadlarını müzakirə edəcək. ABŞ prezidenti Donald Trump mayın 8-də İranla dünya güclərinin 2015-ci ildə imzaladığı nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

İki gün öncə isə Birləşmiş Ştatlar İrana “tarixən ən güclü sanksiyaların” tətbiq ediləcəyini deyib.

Maas dövlət katibi Mike Pompeo, Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton-la görüşəcək.

“ROHANİ-NİN MÖVQEYİ ZƏİFLƏYƏCƏK”

Trump İranın sənədin “ruhu”nu pozduğunu, Yaxın Şərqdə zorakılığı maliyyələşdirdiini, ballistik raket sınaqlarını davam etdirdiyini bildirir.

İran isə bütün bunları danır, nüvə proqramının dinc məqsədli olduğunu söyləyir.

Jean-Yves Le Drian
Jean-Yves Le Drian

Almaniya, Fransa və Britaniya sazişi qorumağa çalışırlar, onlar Tehrana nüvə ambisiyalarını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməyi təklif edirlər. Sənədi imzalamış Çinə Rusiya da onu saxlamaq istəyir.

“Biz Almaniyada, həmçinin Avropada sazişin qorunmasından, İranın ondan çıxmamasından ötrü əlimizdən gələni etməyə hazırıq”, – Maas mayın 22-də Konqres üzvləri ilə görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, bu mövqe “bizim təhlükəsizlik maraqlarımızdadır”.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian də mayın 23-də deyib ki, Paris sazişin icrasını davam etdirəcək, eyni zamanda İranın ballistik raket fəaliyyəti, regionda hegemon ambisiyalarının məhdudlaşdırılmasının zəruri olması fikrini də paylaşır.

“Bu metoddan ona görə narazıyıq ki, İrana qarşı sanksiyalar kolleksiyası dialoqa imkan verməyəcək, əksinə, mühafizəkarların mövqeyini gücləndirəcək, danışıq aparmaq istəyən prezident Hassan Rohani-nin mövqeyi zəifləyəcək”,Le Drian France Inter radiosuna deyib.

“KÖHNƏ XÜLYALAR”

Pompeo mayın 21-də Tehranla yeni saziş üçün şərtlər qoyub. Bu şərtlərə Suriya, Livan və Yəməndə silahlı qruplara dəstəyin məhdudlaşdırılması daxildir.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Diplomatın sözlərinə görə, 2015-ci il sazişindən sonra qaldırılmış sanksiyalar yenidən tətbiq ediləcək və yeni tədbirlərlə birlikdə “İran rejiminə misli görünməmiş maliyyə təzyiqi” göstərəcək.

Bolton isə mayın 13-də CNN-ə demişdi ki, İranda “rejim dəyişikliyi” hazırda ABŞ administrasiyasının siyasətinə daxil deyil.

İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 23-də İranın dövlət televiziyasına müsahibəsində Pompeo-nun dediklərini “yalan” adlandırıb, “köhnə xülyalar”a söykəndiyini vurğulayıb.

Tehranın nüvə sazişinə əməl etdiyini Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) də təsdiqləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG