Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:44

Dolu gözlənir


Yağış

Mayın 24-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacaq.

Mayın 24-də Azərbaycanın rayonlarında da havanın əksər rayonlarda yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı vurğulanır. Gecə 16-21, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, mayın 25-dən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir.

Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun tədricən 4-7 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG