Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:55

Trump: Kim Jong Un-la görüş ertələnə bilər


Kim Jong Un (solda) və Donald Trump
Kim Jong Un (solda) və Donald Trump

Mayın 22-də ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la iyunun 12-nə planlaşdırılan görüşü barədə şübhəli danışıb. Görüş Sinqapurda keçiriləcəkdi.

“Görüşün baş tutmayacağı ehtimalı böyükdür. Bu o demək deyil ki, goru. heç olmayacaq, ancaq 12 iyunda alınmaya bilər”, – Trump Cənubi Koreya prezidenti Moon Jae-In-lə görüşdə deyib.

Prezidentin bu bəyanatı müşahidəçilərdə tarixi ABŞ-Şimali Koreya sammitinin sual altına düşməsinin əlaməti kimi dəyərləndirilib. Əslində, ilk siqnal ötən həftə Pxenyandan gəlmişdi, xəbərdarlıq etmişdi ki, ABŞ-Cənubi Koreya hərbi hava manevrlərinin keçirilməsinə cavab olaraq sammitdən imtina edə bilər.

Mike Pompeo mayın 9-da Pxenyanda Kim Jong Un-la görüşüb
Mike Pompeo mayın 9-da Pxenyanda Kim Jong Un-la görüşüb

Daha sonra informasiya yayıldı ki, Ağ ev Şimali Koreya liderinin ölkəsini nüvəsizləşdirməyə hazır olması haqda bəyanatını düz anlamaya bilər. Prezident Trump-ın görüş üçün qoyduğu ilkin şərtlərdən biri də Pxenyanın nüvə silahından imtinasıdır.

Daha sonra ABŞ-ın dövlət katibi Mike Pompeo sammitə hazırlığın davam etdiyini bildirdi, “əmin olmağa çalışırıq ki, müzakirə olunacaq məsələlərlə bağlı aramızda qarşılıqlı anlaşma var” dedi. Ancaq Pompeo sammitin son anda ertələnə biləcəyini də istisna etmədi.

Donald Trump-ın fikrincə, Pxenyanın mövqeyinin sərtləşməsində Çinin rolu ola bilər. Belə ki, Kim Jong Un mayın əvvəlində Çin prezidenti Xi Jinping-lə görüşdən sonra bəyanatlarının tonunu dəyişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG