Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:00

Qızını məcburi ərə verən ana təqsirli bilinib


Pakistanda qadın, arxiv fotosu

Yeniyetmə qızını aldadaraq Pakistana göndərən və orada yaşlı biriylə evlənməsinə nail olan ana İngiltərədə məcburi nikaha görə təqsirli bilinib. Bu, ilk haldır.

İnsan haqları fəallarının fikrincə, Birminhem məhkəməsinin mayın 22-də çıxardığı qərar qızlarını məcburən ərə vermək haqda düşünən ailələrə güclü mesaj göndərəcək, daha çox qızın buna etiraz etməsinə səbəb olacaq.

13 yaşlı qız Pakistana gedərkən özündən 16 yaş böyük bir kişiyə nişanlanıb. Kişi onunla intim əlaqədə olub və qız Britaniyaya qayıdaraq abort elətdirib. Müstəntiqlər ananın qızı 2016-cı ildə tətil adıyla yenidən Pakistana apardığını bildirir. Orada qıza ərə veriləcəyi deyilib. O etiraz edəndə anası pasportunu yandırmaqla hədələyib. 18 yaşı tamam olan qız nikah şəhadətnaməsini imzalamalı olub və ana Britaniyaya qızı olmadan qayıdıb.

Britaniyada məcburi nikah 2014-cü ildə qadağan edilib. Buna görə maksimum yeddi illik cəza nəzərdə tutulur.

Anaya hökm mayın 23-də çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG