Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:04

Səudiyyədə qadın fəallar həbs olunub


Səudiyyəli qadınlar futbol yarışında

Səudiyyə Ərəbistanında azı üç qadın insan haqları fəalı saxlanıb. Bir neçə həftəyə isə qadınların maşın sürməyinə qadağa ləğv olunmalıdır. Məlumatı insan haqları təşkilatları mayın 22-də yayıb.

Amnesty International və digər qruplar ötən həftə azı yeddi fəalın saxlandığnı bildirmişdi. Əsasən qadınlardan ibarət olan həmin fəallar daha öncə maşın sürmək hüququ uğrunda kampaniya aparır, krallıqda kişilərin idarəçilik sisteminə son qoyulmasına çağırırdılar. Səudiyyədə qadınlar böyük qərarlara görə kişi qohumunun razılığını almalıdırlar.

Dövlət mediası saxlananları xəyanətkarlar, “səfirliklərin agentləri” adlandırıb.

İndiyədək Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman islahatlarına Qərb müttəfiqlərinin dəstəyini əldə edib. Onun Birləşmiş Ştatlar və Avropaya son səfərləri zamanı yüz milyardlarla dollarlıq sərmayə müzakirə olunub.

ABŞ Dövlət departamentinin sözçüsü Heather Nauert isə departamentin Səudiyyədəki islahatları dəstəklədiyini, ancaq həbslərdən narahat olduğunu dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG