Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Navalny-nin teleaparıcısı 30 günlüyə həbs olunub


Navalny-yə dəstək aksiyası
Navalny-yə dəstək aksiyası

Rusiyada müxalifət lideri, antikorrupsiya fəalı Aleksei Navalny-nin YouTube kanalının aparıcısı 30 günlüyə həbs olunub.

Ruslan Shaveddinov mayın 22-də Moskvadakı evinin yaxınlığında saxlanmışdı.

Shaveddinov məhkəmədən tvit atıb: “Otuz gün. Sizi ölkəmizin gələcəyi uğrunda mübarizədə iştiraka səsləməkdə davam edəcəyəm”.

VERİLİŞİ PAYLAŞIB

OVD-Info polisin fəaliyyətini müstəqil monitorinq qrupunun məlumatına görə, məhkəmə Shaveddinov-u 5 may aksiyasının təşkilində təqsirli bilib, belə ki, o, YouTube-dakı “Kaktus” proqramının verilişlərindən birini təkrar paylaşıb.

Ruslan Shaveddinov
Ruslan Shaveddinov

Müstəqil Dozhd telekanalı da Shaveddinov və Yarmysh-in “administrativ qanunvericiliyi pozmağa” görə saxlandığını təsdiqləyib.

Shaveddinov bir həftənin içində ikinci dəfə saxlanıb. Daha öncə də Moskva polisi onu eyni ittihamla qısa müddətə saxlamışdı.

Yarmysh mayın 23-də yazıb ki, Tverskoy Dairə Məhkəməsində öz işi üzrə prosesin keçirilməsini gözləyir.

Yanvarda isə Yarmysh və Shaveddinov Navalny-nin təşkil elədiyi yürüşləri yayımladıqlarına görə bir neçə günlüyə saxlanmışdılar. Həmin yürüşlərdə seçicilər 18 mart prezident seçkisini boykot etməyə çağırılırdı.

65 yaşlı Putin 1999-cu ildən Rusiyanın ya prezidenti, ya da baş naziri olub. O, martın 18-daə daha altı il müddətinə bu posta seçilib. Tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini, beynəlxalq müşahidəçilər seçicilərə real seçim verilmədiyini deyirlər.

***

Rusiyada müxalifət lideri Aleksei Navalny-nin mətbuat katibi və YouTube kanalının aparıcısı mayın 22-də Moskvada saxlanıb.

Kira Yarmysh və Ruslan Shaveddinov polis tərəfindən ayrı-ayrılıqda saxlanıb və Tverskoye polis məntəqəsinə aparılıb.

Shaveddinov Twitter-də yazıb ki, Moskvadakı evinin yaxınlığında saxlanıb.

Yarmysh Shaveddinov-i müdafiə etmək üçün polisə gəlincə, onu da saxlayıblar. Bu haqda özü Twitterdə yazıb.

Navalny-nin Antikorrupsiya Fondunun vəkili Ivan Zhdanov-un deməsinə görə, onlar prezident Vladimir Putin-in yenidən bu posta seçilməsinə qarşı mayın 5-də keçirilən yürüşün təşkilatçılığında təqsirli bilinir.

“O, çar deyil” şüarıyla keçirilən yürüşdə 1600-dən çox etirazçının saxlandığı bildirilir. Navalny-nin özü də mayın 15-də 30 sutkalıq həbsə məhkum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG