Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:45

İranda Twitter-in açılması çağırışları səslənir


Mühafizəkar Tasnim xəbər agentliyi Twitter-də

İranda altı nazir və iki deputat ölkənin baş prokuroruna məktub yazaraq Twitter sosial şəbəkəsinin açılmasına çağırıblar. Məktubu imzalayanlar filtrləmə üzrə dövlət komitəsinin üzvləridir.

Hökumətin dolat.ir vebsaytının yazmasına görə, bu məktub “Twitter-in açılması, burada gənclərin və medianın fəaliyyətinə icazə verilməsi ilə bağlı ictimai tələbin artmasına” cavab olaraq hazırlanıb.

Məktuba kommunikasiya, təhsil, kəşfiyyat, ədliyyə, elm, mədəniyyət nazirləri imza atıb.

İran isteblişmenti Twitter və Facebook sosial şəbəkələrini bloklayıb.

Acaq buna baxmayaraq, ölkənin ali dini lideri Ayatollah Ali Khamenei, xarici işlər naziri Mohammad Javad Zarif tərəfdarlarına mesajlarını Twitter vasitəsilə çatdırırlar.

Elə iranlıların çoxu da antifiltr alətlərindən yararlanaraq Twitter, həmçinin bu yaxınlarda qapadılmış Telegram şəbəkəsinə çıxış əldə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG