Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:36

Prezident zavod açılışında


İ.Əliyev zavodun açılışında

Mayın 22-də Bakının Suraxanı rayonunda «ATEF Şirkətlər Qrupu»nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlət başçısına məlumat verib. O bildirib ki, «ATEF Şirkətlər Qrupu» innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir.

Prezident İ.Əliyev yüksəkgərginlikli avadanlıqlar zavodunu işə salıb. Ona deyilib ki, ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel-mis anod istehsalı, əritmə-ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Verilən məlumata görə, zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların istehsalı mümkündür.

Bura güc transformatorlarından ötrü izolyasiya detalları, yüksəkgərginlikli vakuum, eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabellər və transformator buraxılışında istifadə olunan başqa hissələr daxildir.

Zavodda 310 yeni iş yeri açıldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG