Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 21:51

Duma antisanksiya qanununu qəbul edir


Dövlət Duması

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması mayın 22-də antisanksiya qanununu üçüncü – sonuncu oxunuşda qəbul edib. Bu qanun Birləşmiş Ştatlara və Rusiyaya sanksiyalar qoyan digər ölkələrə əks-tədbirlər nəzərdə tutur.

İndi layihəni parlamentin yuxarı palatasının – Federasiya Şurasının qəbul edəcəyi gözlənir. Daha sonra sənədi prezident Vladimir Putin imzalamalıdır.

Bu qanunvericilik hökumətə “Rusiyaya qarşı düşmən addımları atmış” ölkələrlə müəyyən məhsulların ticarətinə qadağa qoymaq imkanı verəcək.

Qanun layihəsi Moskvanın son sanksiyalara cavab addımı sayılır. ABŞ hökuməti apreldə Putin-ə yaxın rəsmilərə, maqnatlara və şirkətlərə maliyyə qadağaları tətbiq edib, aktivlərini dondurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG