Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

35 dərəcə isti gözlənir


Günəş

Mayın 23-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı vurğulanır. Gecə 17-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG