Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:01

Karaçidə istidən onlarla adam ölüb


Bir könüllü Karaçidə adamların sərinləməsi üçün üstlərinə su çiləyir

Pakistanın ən böyük şəhəri olan Karaçidə son üç gündə 65 nəfərin istidən dünyasını dəyişdiyi bildirilir. İsti dalğası müqəddəs Ramazan ayının ilk günlərinə düşüb. Elektrik təchizatından da fasilələr yaranıb.

Mayın 21-də burada 44 dərəcə istilik qeydə alınıb.

Morqları və ambulans xidmətini idarə edən Edhi Fondunun rəhbəri Faisal Edhi ölüm hallarının daha çox Karaçinin yoxsul məhəllələrində baş verdiyini vurğulayıb. Bu şəhərdə 15 milyondan çox adam yaşayır.

Edhi-nin deməsinə görə, 65 nəfər əsasən ürək tutmasından dünyasını dəyişib.

Ancaq Sindh vilayətinin səhiyyə katibi Fazlullah Pechuho kiminsə öldüyünü təkzib edib.

2015-ci ildəki istilərdən azı 1200 nəfər qoca, xəstə və evsiz insan dünyasını dəyişmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG