Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:25

Çayxanada partlayışa görə saxlanan var


Yanğınsöndürən maşın

Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzi yaxınlığında yerləşən çayxanada baş verən partlayışa görə saxlanan şəxsin olduğu bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, Bakı Şəhər Prokurorluğundan bildiriblər ki, bu partlayışla bağlı «Azərtransservis» Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Əyyub Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb.

Onun partlayışla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış cinayət işinə cəlb edildiyi bildirilir.

Saxlanmanın motivləri barədə detallı məlumat verilmir. Çayxananın ASC-nin yerləşdiyi ərazidə olduğu bildirilir.

Ə.Haqverdiyevin, onun vəkillərinin isə məsələyə münasibətini almaq mümkün olmayıb.

Çayxanadakı partlayışda xəsarət alanlardan biri ölüb

Bakıda çayxanada baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb.

Bu barədə Respublika Yanıq Mərkəzindən bildirilib.

Mərkəzdən deyiblər ki, 44 yaşlı Natiq İbrahimov mayın 21-dən 22-nə keçən gecə vəfat edib. Hazırda hadisə zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Şəkər İbrahimovanın müalicəsi davam etdirilir.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırlatma

Dünən, mayın 21-də Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzi yaxınlığında yerləşən çayxanada partlayış baş verib.

Həmin vaxt iki nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı açıqlanmışdı. Sonradan ölənlərin 1969-cu il təvəllüdlü Gülənaz İbrahimova və 1963-cü il təvəllüdlü Söhrab Saatov olduğu bildirilmişdi.

Fövqəladə Hallar Nazirliyi açıqlamışdı ki, ümumi sahəsi 25 kvadratmetr olan tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG