Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:14

Ə.Qaralov: 'Bayılda binanın köməkçi sütunlarından biri çöküb'


16 mərtəbəli binada çatlar yaranıb, amma sakinlər köçmək istəmirlər
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

16 mərtəbəli binada çatlar yaranıb, amma sakinlər köçmək istəmirlər

Bayıl qəsəbəsi Buxta küçəsi-9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16-mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib:

«Çökmə prosesinin 16-mərtəbəli binanın özünə aidiyyəti yoxdur. Amma sonradan, bir neçə il əvvəl binanı «irəli» çıxararaq sütunlar qoyublar, boş torpaq üstünə otuzdurulub, nə bilim bərbərxana və sairə tikilib. İndi çökən həmin yerlərdir. İndi təsəvvür edin ki, adıçəkilən həmin köməkçi sütunlardan biri təxminən 20 sm çöküb».

Ə.Qaralov deyib ki, ərazidəki sürüşmənin dəyərləndirilməsindən ötrü 11 mayak quraşdırılıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdirilir.

Ekspedisiya rəisi bütün sürüşmənin Bayıl yamacında baş verdiyini deyərək bu zonanın tikintilərlə yüklənməsinin əleyhinə olduğunu bildirib: «2018-ci ilin yanvar ayından Bayıl yamacının bu və ya digər hissəsində sürüşmələr, çökmələr baş verir, bu da təsadüfi deyil. Əsas səbəb də budur ki, ərazi özü sürüşməyə meyllidir, əlavə yüklənmələr, yamacın şaquli kəsilməsi prosesi sürətləndirir».

Xatırlatma

Bu günlər Bakının Bayıl qəsəbəsi, Buxta küçəsi 9 ünvan (Bayılda sovet dönəmində tikilmiş 16-mərtəbəli binanın arxa hissəsi) boyunca sürüşmə baş vermişdi. Nəticədə ərazidə 3 ev uçmuşdu. Bütünlükdə isə 22 evin sakinləri həmin ərazidən çıxarılmışdı.

Bütünlükdə isə Bayıl yamacında bu ilin yanvarında sürüşmə aktivləşib. Söhbət, əsasən, Bakı Televiziya Qülləsinə yaxın olan və «Teleqüllə» adlanan ərazidən gedir. Orada əvvəlcə sürüşmə nəticəsində 4 ev tamam dağılmışdı. 100-ə yaxın ailə ərazidən köçürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG