Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

ZTE-yə sanksiyalar qaldırıla bilər


ZTE Corp.-un Çində servis mərkəzi
ZTE Corp.-un Çində servis mərkəzi

Vaşinqtonla Pekin Çinin ZTE Corp. texnologiya nəhəngini təchiz edən Amerika şirkətlərinə qadağanın qaldırılması üzrə razılığa gəlmək üzrədirlər. ABŞ sanksiyaları şirkətin İrana sanksiyaları pozması iddialarıyla bağlı qoymuşdu.

Reuters və Wall Street Journal mayın 22-də adını çəkmədiyi rəsmilərə istinadla yazırlar ki, razılaşmaya Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarına tarifləri qaldırması, eləcə də Birləşmiş Ştatlardan daha çox fermer məhsulu alması salına bilər.

Apreldə ZTE-yə yeddi illik qadağa qoyulub. Bu sanksiyalar şirkətin əməliyyatlarını iflic edib və biznesi dayandırmaq təhlükəsiylə üzləşib. Ancaq indi məhdudiyyətlərin qaldırılması gözlənir.

TİCARƏT MÜHARİBƏSİNDƏN DÖNMƏK

Bu, həm də dünyanın iki ən böyük iqtisadiyyatlarının potensial ticarət müharibəsindən dönməsinin əlamətidir.

ZTE hələlik, məsələyə şərh verməyib.

Steven Mnuchin
Steven Mnuchin

Ağ evin müşavirləri açıq şəkildə bildirirdilər ki, ZTE-yə qadağaya yenidən baxılır. Ancaq onlar şirkətin “sərt” cəzayla üzləşəcəyini deyirdilər. Məsələn, şirkət menecmentinə, idarə heyətinə məcburi dəyişikliklər edə bilər. ZTE-nin İrana və Şimali Koreyaya sanksiyaları pozduğu iddia olunur.

Bir nəfərin Reuters-ə deməsinə görə, ABŞ-ın maliyyə naziri Steven Mnuchin və Çin baş nazirinin müavini Liu He ötən həftə Vaşinqtonda ZTE ilə bağlı razılığa gəliblər, ABŞ Ticarət Departamentinin ZTE-yə hissələr satan Amerika şirkətlərinə qadağası götürüləcək, əvəzində Çin Birləşmiş Ştatlardan kənd təsərrüfatı məhsulları alacaq.

İkinci mənbənin agentliyə bildirməsinə görə, Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarına tarifi də ləğv edə bilər. Həmin tariflər Birləşmiş Ştatların polada rüsumuna cavab olaraq qoyulmuşdu.

Hər iki mənbə deyib ki, razılaşmalar ABŞ-ın ticarət naziri Wilbur Ross-un gələn həftə Pekinə planlaşdırılan səfəri zamanı, yaxud ondan öncə yekunlaşdırıla bilər. Məqsəd ticarət müharibəsini önləməkdən ötrü daha geniş ticarət razılaşmasını yekunlaşdırmaqdır.

ZTE-nin ən böyük səhmdarı Çinin dövlətə məxsus müəssisəsidir. Şirkətin İrana və Şimali Koreyaya ABŞ məhsullarını qanunsuz satması aşkarlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG