Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Putin Venesuela liderinə əl uzadır


Nicolas Maduro seçkinin qalibi elan olunandan sonra
Nicolas Maduro seçkinin qalibi elan olunandan sonra

Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nicolas Maduro-ya dəstək təklif edib. Birləşmiş Ştatlar, Avropa Birliyi, Latın Amerikası ölkələri isə onun təkrar prezident seçilməsini “saxta” adlandırıb.

“Rusiya prezidenti Maduro-ya sağlamlıq və ölkənin sosial və iqtisadi problemlərinin həllində uğur arzulayıb”, – Kreml mayın 21-də bildirib. Putin “Venesuela xalqının maraqlarına xidmət edən milli dialoqa” çağırıb.

VAŞİNQTON YENİ SANKSİYALAR QOYUB

Rusiya ötən il Venesuelanın köməyinə gəlib, borcunu restrukturizasiya edib. O zaman neftin ucuzlaşması və Birləşmiş Ştatların sanksiyaları bu ölkəni defolta sürükləyirdi. Vaşinqton mayın 21-də bildirib ki, Maduro-nun avtokratik idarəçiliyi gücləndirməsinə cavab olaraq sanksiyalar da artırılacaq.

20 may seçkisində Maduro-nun səslərin 68 faizini topladığı bildirilib. Əsas müxalifət qrupları seçkini boykot edib, çünki onlara tanınmış namizədlərini irəli sürməyə imkan verilməyib. Müxalifət seçkinin saxtalaşdırıldığını deyib.

Hələ seçkidən öncə Birləşmiş Ştatlar, Kanada, Avropa Birliyi və 10-dan artıq Latın Amerikası ölkəsi seçkinin nəticəsini tanımayacağını bildirib.

Vladimir Putin (sağda) və Nicolas Maduro
Vladimir Putin (sağda) və Nicolas Maduro

ABŞ-ın vitse-prezidenti Mike Pence seçkini “saxta – nə azad, nə də ədalətli” adlandırıb.

ABŞ mayın 21-də Karakasa yeni sanksiyalar elan edib. Prezident Donald Trump Maduro-nu “demokratiyanı bərpa etməyə, azad və ədalətli seçki keçirməyə, bütün siyasi məhbusları dərhal və qeyd şərtsiz buraxmağa, repressiyaya, Venesuela xalqının iqtisadi məhrumiyyətlərinə son qoymağa” çağırıb.

RUSİYA VƏ ÇİN

ABŞ-ın aparıcı rəsmisinin bildirməsinə görə, Trump administrasiyası Venesuelanın iki böyük kreditoru olan Rusiya və Çinlə müzakirələr aparıb, onlardan sanksiyalara qarşı getməməyi tələb edib. Ancaq Kremlin mayın 21-dəki açıqlamasına görə, Maduro-ya dəstək göstəriləcək.

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin tutduğu mövqenin “uzunmüddətli ağır fəsadlar” verəcəyini qeyd edib.

Maduro isə Twitter-də Putin-ə “zəfərimizi tanıdığı” üçün təşəkkür edib, Rusiyayla “çoxqütblü dünyanın qurulması” yönündə işi davam etdirməyə boyun olub.

Belarus prezidenti Alyaksandr Lukashenka da Maduro-nu dəstəkləyib, seçkini “əsl demokratiya” adlandırıb.

Rusiya və Çin Venesuelanın əsas kreditorlarıdır. Karakasın onlara uyğun olaraq 8 milyard və 28 milyard dollar borcu var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG