Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:52

Qərb və Çinin xəbər qurumlarından 20-dək jurnalist Şimali Koreyaya yola düşüb. Onlar bu ölkədə yeraltı nüvə sınağı meydançasının bağlanmasını öz gözləriylə görəcəklər.

Mayın 22-də Pekin aeroportunda qeydiyyatdan keçən jurnalistlər arasında Associated Press, CNN, CBS, Russia Today və Çinin dövlət media orqanlarının əməkdaşları olub.

Reuters daxil olmaqla bir sıra media qurumları da hadisəni işıqlandırmaq istəyib, ancaq onlara dəvətnamə verilməyib.

Bağlanacaq Punggye-ri sınaq meydançası Mantap dağının altında yerləşir, çoxsaylı partlayışlar nəticəsində qismən dağılıb.

Pxenyan hadisəni izləməyə azsaylı jurnalisti dəvət edib, texniki ekspertlər də dəvət almayıb. Onlar ABŞ-ın obyektin həmişəlik, bərpaolunmayacaq səviyyədə bağlanmasına dair tələbinin yerinə yetirildiyini təsdiqləməliydilər.

Şimali Koreya nüvə sınaqları proqramına görə BMT-nin sərt sanksiyaları ilə üzləşib. Ötən ay isə elan edib ki, nüvə silahlarından əl çəkməklə bağlı Birləşmiş Ştatlarla danışıqlara hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG