Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Naxçıvanda zəlzələ


Zəlzələ

Bu gün, mayın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasında 3.4 bal gücündə zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ səhər saat 06.33-də Naxçıvan şəhərində qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3.4, dərinliyi 7 kilometr olub.

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG