Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Rusiya ordusu Suriyada dron vurduğunu deyir


Rusiya prezidenti Vladimir Putin Hmeimim hava bazasında, dekabr, 2017-ci il

Rusiya ordusu bildirir ki, Suriyadakı Hmeimim hava bazasına yaxınlaşan naməlum dronu vurub.

Ordu mayın 21-də yaydığı bəyanatında dronun vurulmamışdan öncə hər hansı itki, yaxud fiziki ziyana səbəb olmadığını bildirir. Dron Rusiyanın Suriyadakı əməliyyatları üçün əsas qovşaq sayılan baza yaxınlığında vurulub.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, baza yaxınlığında partlayışlar eşidilib və çox güman ki, bu, dronu vurmağa çalışan Rusiya hava qüvvələrindən gəlib.

Yanvarda da Hmeimim bazasına oxşar hücum olmuşdu. Rusiya ordusu hücum edən 13 drondan yeddisini vurduğunu, qalanları yerə enməyə məcbur etdiyini bildirirdi.

Rusiya 2015-ci ilin sentyabrından Suriyanı bombalayır, ölkədə gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG