Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:03

Azərbaycanla Serbiya arasında sənədlər imzalanıb


A.Vuçiç və İ.Əliyev

«Əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, strateji tərəfdaşıq».

Bu gün, mayın 21-də Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdəki çıxışında prezident İlham Əliyev belə deyib.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı iki ölkə arasındakı əlaqələrin gələcəyi ilə bağlı nikbinlik ifadə edib. İki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini ifadə edən prezident iqtisadi, humanitar sahədə əməkdaşlıq əlaqələrinin olduğunu, danışıqların bu sahənin inkişafına yeni təkan verəcəyinə ümid etdiyini də bildirib.

İ.Əliyev habelə, gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq etməyin mümkünlüyündən bəhs edib.

Serbiya prezidenti A.Vuçiç isə vurğulayıb ki, görüləsi birgə işlər kifayət qədərdir.

«Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə, serb şirkətləri Azərbaycana cəlb oluna bilər», - o deyib.

6 sənəd imzalanıb

Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Prezidentlər əvvəlcə Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planını imzalayıblar. Planın detalları hələlik açıqlanmayıb.

İki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində, habelə ədliyyə nazirlikləri arasında əməkdaşlıqla bağlı memorandumlar imzalanıb.

Azərbaycan və Serbiya hökumətləri arasında bitki karantini və mühafizəsi sahəsində də sənəd imzalanıb.

Beynəlxalq avtomobil daşımaları haqqında saziş də imzalanan sənədlər arasında olub.

İki ölkənin hökumətləri arasında hava əlaqələri haqqında sazişə də bağlanıb.

Serbiya prezidenti A.Vuçiç bu gün, mayın 21-də Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG