Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 12:54

Mayın 22-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənir. Şimal-şərq küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında yağıntının leysana keçəcəyi vurğulanır. Gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG