Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 01:31

Ayaqqabıda heroin


Heroin

İran İslam Respublikasından Azərbaycana ayaqqabılarında narkotik keçirmək istəyən şəxsin saxlandığı bildirilir.

Bu barədə bu gün, mayın 21-də Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda yazılır.

Məlumatda vurğulanır ki, Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanaraq üzərində şəxsi yoxlama aparılıb.

«Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651.6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib», - məlumatda qeyd edilir.

Saxlanan şəxsin adı çəkilmir və onun ittihama münasibəti açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG