Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Böyük Britaniyanın Abromovich-in vizasını uzatmadığı bildirilir


Roman Abramovich oğlu və həyat yoldaşı ilə
Roman Abramovich oğlu və həyat yoldaşı ilə

Böyük Britaniyanın rusiyalı milyarder Roman Abromovich-in vizasını uzatmadığı bildirilir.

Bu barədə “The Bell” portalı biznesmenin ətrafına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, Abromovich-in vizasının müddəti 3 həftə əvvəl bitib.

Ona viza verilməməsi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Amma “The Bell” yazır ki, Abromovich-in təyyarəsi sonuncu dəfə Londonda ötən ayın əvvəllərində olub.

Vizası uzadılmadığından, milyarder mayın 19-da İngiltərə Kuboku-nun finalına gələ bilməyib.

Finalda Avramovich-in “Çelsi” klubu “Mançester Yunayted” komandasına qalib gəlib.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.

foto arxiv
foto arxiv

London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır.

Moskva ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələriinsidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Buna da bax: Keçmiş casus Skripal xəstəxanadan buraxılıb

Moskva da həmin ölkələrə qarşı aeyniaddım atıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG