Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:11

Kubada baş verən təyyarə qəazasında 110 nəfər ölüb


Kubada təyyarə qəzası

Son məlumata görə, Kubada baş verən təyyarə qəazasında pilotlar da daxil olmaqla 110 nəfər ölüb.

Pilotların 6-da Meksika vətəndaşlarıdır.

Ölənlərin arasında 5 başqa xarici, həmçinin 20-ə yaxın yerli protestant dini xadim var.

Din xadimləri paytaxt Havanada keçirilən konfransdan qayıdırmışlar.

Qeyd edək ki, Havanadan ölkənin şərqindəki Olqin şəhərinə uçan Boinq 737 təyyarəsi mayın 18-də havaya qaldıxdan az sonra qəzaya düşüb.

Təyyarədə 113 nəfər olub. 3 qadın qəzadan sağ çıxıb, hazırda ağır vəziyyətdə xəstəxanadadırlar.

Qəzanın səbəbi hələlik bəlli deyil, araşdırma gedir.

Mayın 19-da təyyarənin qara qutusunun tapıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG