Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

Ukrayna MDB-dəki nümayəndələrini geri çağırdı


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Müstəqil Dövlətlər Birliyi-ndəki (MDB) bütün nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.

Bu barədə Poroshenkonun özü məlumat verib.

“Bizim artıq orda bir işimiz yoxdur, biz birlikdə Avropaya doğru irəliləyirik”, deyə Poroshenko Vinnitsedə çıxı edərkən vurğulayıb.

Qeyd edək ki, Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurası belə bir qərar qəbul etmişdi.

Ukrayna, 12 keçmiş Sovet respublikasının birləşdiyi Müstəqil Dövlətlər Birliyi-nin (MDB) yaradıcılarından biri idi.

Ukrayna, 2014-cü ildə Krımın Rusiya tərəfindən zəbt edilməsi və ölkənin şərqindəki rusiyapərəst separatçılarla münaqişədən sonra, bu qurumun toplantılarına qatılmır.

Qeyd edək ki, Azərbaycan da MDB üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG