Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Azərbaycanda yüksək texnologiyalı protezlər istehsal edilə bilər


Foto arxiv

Azərbaycanda yüksək texnologiyalı protezlər istehsalı etmək məqsədi ilə sex yaradılır. Sex Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi nəzdində olacaq.

Bu gün, mayın 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik Bərpa Mərkəzində olub, sexin qurulması işlərini nəzərdən keçirib.

Nazirliyin məlumatına görə, sexdə dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar quraşdırılıb. Hazırda sexin yaradılması işləri tamamlanmaq üzrədir.

Xatırlatma

Prezident İlham Əliyev 2017-ci ilin martında “Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” sərəncam verib.

Yüksək texnologiyalı protezlərin istehsalı məqsədi ilə sexin yaradılması da həmin sərəncamda nəzərdə tutulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG