Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Putin hökumətdə cüzi dəyişiklik edir


Dmitry Medvedev (sağda) və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin hökumətin yeni tərkibini təsdiqləyib, bir neçə aparıcı rəsmi vəzifəsində qalıb, çoxdankı müttəfiqi Nikolai Patrushev-in oğlunu isə kənd təsərrüfatı naziri təyin edib.

Putin əslində, baş nazir Dmitry Medvedev-in mayın 18-də Soçi şəhərində keçirilən iclasda təqdim etdiyi siyahını təsdiqləyib.

Xarici işlər naziri Sergei Lavrov, müdafiə naziri Sergei Shoigu, maliyyə naziri Anton Siluanov və iqtisadi inkişaf naziri Maksim Oreshkin vəzifəsində qalan nazirlərdir.

Hakim elitanın liberal iqtisadi düşərgəsində olduqları bildirilən Igor Shuvalov və Arkady Dvorkovich yeni hökumətdə yer almayıblar.

Yeni kənd təsərrüfatı naziri Dmitry Patrushev-in atası Nikolai Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş rəhbəri, Putin-in Təhlükəsizlik Şurasının katibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG