Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Putin 5-ci dəfə prezident ola bilər? - təklif verilib


Vladimir Putin

Rusiya parlamentinə təklif verilib və ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməklə bağlı konstitusiya limitinin qaldırılması istənilir. Bu, indiki prezident Vladimir Putin-in 2024-cü ildən sonra da həmin posta seçilməsinə şərait yaratmaq deməkdir.

Təklif mayın 18-də Dövlət Dumasının vebsaytında dərc olunub. Cəmi iki həftə öncə isə Putin daha altı illiyə prezidentliyə başlayıb. Bu onun dalbadal ikinci, ümumilikdə isə dördüncü prezidentliyidir.

Təklif Çeçenistan parlamentindən gəlib. Həmin regionun rəhbəri Ramzan Kadyrov dəfələrlə Putin-ə sadiqliyini dilə gətirib, deyib ki, Putin hakimiyyətdə ömürlük qalmalıdır.

Vladimir Putin və Ramzan Kadyrov
Vladimir Putin və Ramzan Kadyrov

65 yaşlı Putin 1999-cu ildən Rusiyanın ya prezidenti olub, ya da baş naziri. O, 2008-ci ilədək artıq iki müddətə prezident seçilmişdi deyə, müttəfiqi Dmitry Medvedev-i bu vəzifəyə gətirdi, özü isə dörd il baş nazir oldu. 2012-ci ildə yenidən Kremlə qayıtdı.

YOL TAPILDI?

Opponentləri və beynəlxalq müşahidəçilər 18 mart prezident seçkisinin saxtakarlıqla keçdiyini, seçicilərə real seçim verilmədiyini deyirlər. Mövcud konstitusiyaya görə, Putin 2024-cü ildə yenidən namizədliyini verə bilməz.

Bu məhdudiyyət Putin-in gözlənən addımları haqda genişmiqyaslı spekulyasiyya yol açmışdı. Bəzi təhlilçilər onun prezidentlik müddət bitəndən sonra hakimiyyətdə qalmağın bir yolunu tapacağını deyirdilər. Bunun ən birbaşa yolu konstitusiyanı dəyişməkdir.

Aprelin əvvəlində Çeçenistanda deputatlar belə bir təklif irəli sürəndə Kremlin sözçüsü Dmitry Peskov məsələnin Putin-in gündəmində olmadığını, prezidentin konstitusiyanın dəyişməsiylə bağlı mövqeyini daha öncə aydın ifadə etdiyini deyib.

Putin elə prezident seçilən günü deyirdi ki, “indilik” konstitusiyanı dəyişmək planı yoxdur.

O, altıillik fasilə götürüb 2030-cu ildə, 77 yaşında yenidən prezidentliyə namizədliyini verib-verməyəcəyi ilə bağlı suala isə gülmüşdü.

Bu, bir az gülüncdür, gəlin riyazi hesablayaq. 100 yaşınadək burada oturmalıyam? Xeyr!”, – Putin onda demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG