Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Azərbaycanda 904 nəfər İİV-dən ölüb


AIDS

«Azərbaycanda 1987-ci ildən (ilk dəfə infeksiyasının aşkar edildiyi vaxtdan-R) Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır».

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromudur.

İİV –insanın immun çatışmazlığı virusudur. O, insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir.

QİÇS diaqnozu, adətən, İİV-ə yoluxandan bir neçə il sonra- insanda bir və ya bir neçə ciddi xəstəliklər yarandıqda qoyulur. Bu zaman CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətləri opportunistik infeksiyalar, yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.

E.Muradov bildirib ki, qeydiyyatda olanlardan 4138-i kişi, 1693-ü qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E.Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər vəfat edib.

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub: «Bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir».

O bildirib ki, qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır: «Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının vəfat etməsi barədə məlumat daxil olub».

E.Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub. 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG