Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:46

Əfv komissiyası işini yekunlaşdırıb


Əfv fərmanının icrası. 2014

Prezident yanında Əfv Məsələləri Komissiyasının bu mərhələdə iclaslarının başa çatdığı bildirilir.

Bu barədə komissiyanın üzvləri deyiblər.

Mayın 17-də keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxıldığı və onların əksəriyyətinə müsbət rəy verildiyi söylənir.

Bütünlükdə isə komissiyanın bu il 1100-ə kimi müraciəti nəzərdən keçirdiyi vurğulanır.

Bundan sonra əfvi istənilən şəxslərin siyahısı prezidentə təqdim olunmalıdır.

Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev də komissiyanın öz işini bu mərhələdə başa vurduğunu təsdiqləyib.

Ə.Nuriyev vurğulayıb ki, növbəti əfv fərmanının 28 May- Cümhuriyyət bayramı öncəsi verilməsi istisna edilmir.

Xatırlatma

Prezident sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG