Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:53

Trump Kim-ə ‘qoruma’ təklif edir


Kim Jong Un (solda) və Donald Trump

Mayın 7-də ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-a nüvə silahlarından əl çəkəcəyi halda “qoruma” təklif edib.

Bundan öncə Pxenyan iyunun 12-nə planlaşdırılan Trump-Kim sammitinin təxirə salınmasıyla hədələmişdi.

Trump isə Ağ evdə jurnalistlərə deyib ki, o, Kim-i Liviya lideri Moamer Gaddafi-nin taleyi ilə üzləşməyəcəyinə əmin etməkdən ötrü “çox iş görməyə hazırdır”. 2003-cü ildə nüvə silahlarından əl çəkməyə razılaşan Gaddafi 2011-ci ildə NATO-nun köməyi ilə devrildi.

Trump deyir ki, Şimali Koreyanın avtokratik liderinə təklif etdiyi sövdələşməyə “güclü qoruma” daxildir və onun həyatda qalmasına imkan verəcək.

O, vəzifədə qalacaq, ölkəsi zənginləşəcək. Görəcəyi ən yaxşı iş sövdələşməyə razılaşmaq ola bilər”, – Trump bildirib.

Liviya modeli fərqli model idi. Biz o ölkəni məhv etdik. Gaddafi-ni saxlamaqla bağlı razılaşma yox idi”, – Trump deyib.

Ancaq ABŞ prezidenti onu da sözlərinə əlavə edib ki, nüvə silahları proqramının ləğvi tələbələrini rədd etsə, onun da taleyi Gaddafi-yə bənzəyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG